Birlikdə doğulub, birlikdə şəhid oldular... - VİDEO
20 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdikdən təxminən 8 il sonra eyni gündə doğulan qardaşlar bu gün həmin torpaqları işğaldan azad edib və eyni gündə də şəhid olublar.
AzTV-nin bununla bağlı hazırladığı reportajda əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlərin cəbhə zonasında yerləşən Ağdam rayonunun Çullu kəndində anadan olduğu bildirilib.
Qeyd olunub ki, orta məktəbə, hərbi xidmətə birlikdə gedən qardaşlar cəbhəyə də eyni gündə yollanıblar.
Reportajda deyilir: “Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar”.
İki şəhid övladını eyni gündə dəfn edən Nailə Allahverdiyeva deyir ki, oğullarının məzarı üzərinə gedib onlara gözaydınlığı verəcək. Əkiz qardaşların uğrunda şəhid olduqları torpaqlar artıq azaddır, Azərbaycanındır!
Oxşar xəbərlər
Cəbrayılda şəhid olan baş leytenant -
Son Xeberler
Şuşa döyüşlərində şəhid olan baş çavuşumuz
Son Xeberler
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək...
Son Xeberler
Paşinyan oğlunu döyüşə göndərdi –
Son Xeberler
DİN-nin Şuşa istiqamətində şəhid olan baş leytenan...
Son Xeberler
Mask 11 uşağı və onların anaları üçün villa aldı
melumat.tv