“Bizim orduda 100 mindən çox döyüşçü var” -
Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.
Prezident İlham Əliyev bunu Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycan Ordusunun tərəfində muzdluların iştirakına dair feyk xəbərlər barədə danışarkən deyib.
“Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübarizə apardığını qeyd edən Prezident İlham Əliyev deyib: “Hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik”.
Oxşar xəbərlər
Rusiya ordusunda kütləvi peyvəndlənmə başladı
Son Xeberler
“İldə 7 mindən 10 minədək ailəni köçürə biləcəyik”
Son Xeberler
Ruslar Qarabağda 10 mindən çox döyüş sursatı tapıb
Son Xeberler
“Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur” -...
Son Xeberler
“Bizim muzdlulara ehtiyacımız yoxdur” -
Son Xeberler
23500-dən çox şəxs könüllü orduda xidmət etmək ist...
Son Xeberler