BMT-nin xüsusi sessiyasının gündəliyi açıqlandı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 31-ci xüsusi sessiyasının gündəliyi açıqlanıb.
Metbuataz BMT-nin saytına istinadən xəbər verir ki, iyulun 10-də başlayan xüsusi sessiyasının gündəliyinə bir neçə məsələ daxil edilib.
Belə ki, gündəlikdə Baş Assambleyanın 74-cü sessiyasının prezidenti tərəfindən nümayəndə heyətinin sədri qismində iclasın açılışı, bir dəqiqəlik sükut, Baş Assambleyanın xüsusi iclasında nümayəndələrin səlahiyyətləri, Etimad Komitəsin üzvlərinin təyin olunması, Etimad Komitəsinin hesabatı, Prezident və digər rəsmilərin seçilməsi, eləcə də gündəliyin qəbuluna dair sessiyanın təşkili və ümumi debatlar nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi planlaşdırılıb.
Etiketlər
Oxşar xəbərlər
Prezident BMT-nin xüsusi sessiyasında çıxış edəcək
Son Xeberler
MM Ali Baş Komandana və xalqa müraciət edəcək
Son Xeberler
Azərbaycan Parlamentində Plenar İclas Başladı
Bugun.az
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Son Xeberler
Milli Məclisin növbəti iclası nə vaxt keçirilcək?
Son Xeberler
Milli Məclisin növbəti plenar iclası dekabrın 18-d...
Son Xeberler