
“Bölücü yox, birləşdirici prezident olacağam” - Co Bayden

Mən bölücü yox, birləşdirici prezident olacağıma söz verirəm. Biz Birləşmiş Ştatlara demokratlar və respublikaçılar kimi yox, vahid Birləşmiş Ştatlar kimi baxırıq.
Bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib. Respublikaçılar və demokratların əməkdaşlıq etməli olduğunu vurğulayan Bayden 74 milyon seçicinin ona səs verdiyini bildirib.
Co Bayden ABŞ-ın dünyadakı nüfuzunu geri qaytaracağını və amerikalıları birləşdirəcəyini vurğulayıb. O, həmçinin tərəfdarlarını rəqiblərinə düşmənçilik münasibəti bəsləməməyə çağırıb.
Bundan başqa, Bayden ABŞ-da irqçiliyin yox edilməsi üzərində işləyəcəyinə söz verib. Qeyd edib ki, Kamala Harris Birləşmiş Ştatların ilk qaradərili vitse-prezidenti kimi tarixə düşəcək.
Oxşar xəbərlər

"Tezliklə Qarabağda olacağam" -
Son Xeberler

Prezident açılışa qatıldı
Son Xeberler

“Hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum...
Son Xeberler

Prezident iki kəndin adını dəyişdi
Son Xeberler

“Qalatasaray”da prezident seçkiləri
İdman Xəbər

Tacikistanda prezident seçkilərində yenilik
Son Xeberler