🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Braziliyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb

29.01.2021 08:47 527 baxış sayı 1 dəq. oxuma
Braziliyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb

Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.

Ötən sutka ərzində koronavirusa 61 811 yoluxma halı qeydə alınıb, 1 386 nəfər koronavirusdan vəfat edib.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 9 058 687 nəfərə, koronavirusdan ölənlərin sayı isə 221 547 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək 7 923 794 nəfər koronavirusdan sağalıb, 913 346 nəfər həkimlərin nəzarəti altında qalır.

Paylaş: