
Bu gün anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım - ATV-nin aparıcısı

ATV kanalının aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.
Tanınmış aparıcı bu barədə şəxsi Facebook hesabında yazıb:
"Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə inqalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir.
Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam, anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır.
Ən yaxşı halda qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!"
Oxşar xəbərlər

"Şeytana aldanıb botoks etdim"
Şou Xəbər

Tanınmış jurnalistə ağır itki -
Son Xeberler

Məşhur aparıcı illər sonra övladlıq olduğunu öyrən...
Şou Xəbər

70 gündür evimə gedə bilmirəm” - Koronavirusla müb...
Son Xeberler

“Məktubları oxuyanda sevinc göz yaşlarımı saxlaya...
Son Xeberler

Həkimlərin gizlətdiyi öskürək və bronxit dərmanı -...
Son Xeberler