
Bu gündən tələbələrin köçürülməsinə başlanılır

Bu gündən tələbələrin köçürülməsi prosesi başlanılır.
Bu barədə Təhsil Nazirliyinə istinadən xəbər verir.
Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.
Oxşar xəbərlər

Tələbələrin semestr imtahanları onlayn keçiriləcək...
Son Xeberler

Bu gündən Bakıya istilik veriləcək
Son Xeberler

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasi...
Son Xeberler

Koronavirus peyvəndinin sınağına başlanılır
Son Xeberler

Xaricdə təhsil alan tələbələrin təhsil haqqı ilə b...
Son Xeberler

Dövlət Sifarişli Yerlərə Əlavə Müsabiqə: 1481 Tələ...
Son Xeberler