Son Xeberler
7 abunə
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
11.06.2020 10:16
516 baxış sayı
2 dəq. oxuma
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşlara müraciət edib.
Dövlət Agentliyindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Belə ki, müvafiq qərara əsasən 14 və 15 iyun tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Oxşar xəbərlər
"ASAN xidmət" bu tarixlərdə işləməyəcək
Bugun.az
14
07/11 10:25
Həftə sonu “ASAN xidmət” və “ASAN Kommunal”da işlə...
Son Xeberler
406
20/11 11:41
“ASAN Xidmət” dializ xəstələrinə yardım edəcək
Son Xeberler
461
12/06 13:47
"ASAN xidmət"in səlahiyyətləri artırıldı -
Son Xeberler
450
18/08 10:40
İlham Əliyev mühüm sərəncam
Son Xeberler
460
21/08 17:51
“ASAN Xidmət”də yeni kadr təyinatı
Son Xeberler
442
24/07 12:58