Bu şəxslər general-mayor oldu

30.01.2021 11:46 1,348 baxış sayı 1 dəq. oxuma
Bu şəxslər general-mayor oldu

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı əməkdaşlara gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: