Bir müddətdir artıq çelenclər “Instagram” və “Tik-tok” kimi sosial şəbəkələrdə çox məşhurdur. Bu “meydan oxumalar” müxtəlif formatda olur. Lakin bunlardan bəziləri hətta faciəyə yol açacaq qədər təhlükəlidir.
ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişi məsələ ilə bağlı ətraflı süjet hazırlayıb.
Bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində Rusiyadan olan məktəblilər çelenc başladıb. Onlar hallusinasiya görmək üçün allergiyaya qarşı olan “Benadril” preparatını böyük dozalarda qəbul ediblər. Nəticədə üç yeniyetmə xəstəxanalıq olub. Çelenclə bağlı heşteq artıq 55 milyon baxış toplayıb.
Xatırladaq ki, Amerikada və Türkiyədə sosial şəbəkələrin fəaliyətinə nəzarətlə bağlı xüsusi qanunvericilik var. Bu qanunların köməyilə sosial şəbəkələr birbaşa nəzarətə götürülür. Ölkəmizdə sırf sosial şəbəkə davranışlarını tənzimləyən ayrıca qanun yoxdur.
Sosial şəbəkələrlə bağlı ayrıca qanunvericliyi qəbul etmiş ölkələrdə birbaşa sosial məsuliyyəti şirkət özü daşıyır.