Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı
Bu il Bişkekdə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya Respublikaları prezidentlərinin zirvə toplantısı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.
Bu barədə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov açıqlama verib. Bildirib ki, sammitin gələn il Türkmənistanda baş tutacağı gözlənilir.
Kamilov “Pravda Vostoka” qəzetinə müsahibəsində “Təəssüf ki, koronavirusla bağlı mövcud vəziyyət və bu pandemiyanın aradan qaldırılması vaxtı ilə bağlı davam edən qeyri-müəyyənlik səbəbindən növbəti, üçüncü zirvə toplantısının keçirilməsinin ehtimalı azdır”,- deyə qeyd edib.
Onun sözlərinə görə, Türkmənistan üçüncü görüşə 2021-ci ildə ev sahibliyi etməyi təklif edib.
“Biz məşvərət şurasının həmsədri olaraq Türkmənistanın bu təklifini tam dəstəkləyir və növbəti Mərkəzi Asiya ölkələrinin zirvə toplantısını mənalı bir proqramla keçirəcəyimizə ümid edirik”,- deyə Kamilov sözlərinə əlavə edib.
Oxşar xəbərlər
"Real"ın oyunu təxirə salındı
Bakı xəbərləri
Avropa Liqasının oyunu təxirə salındı
İdman Xəbər
Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salı...
Son Xeberler
HƏMAS İslam ölkələrinə çağırış etdi
Bugun.az
PlayStation 5 Pro-nun Hindistan çıxışı təxirə salı...
Texnologiya xəbərləri
Futbol Menecer Həvəskarlarını Kədərləndirən Xəbər...
Texnologiya xəbərləri