H.Əlizadə bu barədə sosial media hesabında məlumat verib:
“Qapıçıməhəllə kəndində kirayə qaldığım evin bir otağını dərs otağı etdim. Artıq bu həftədən etibarən bütün dərs dediyim siniflərə karantin qaydalarına riayət edərək evdə tarix dərslərinin tədrisinə başladım. Yəni distant şəkildə keçməli olduğum dərslərin müddətini azca da artıraraq evdə keçirəm. Bu dərslərə görə ödəniş alınmır. Onlara izah edirəm ki, bu dərsləri onsuz da keçməli idim.
Beləliklə, şagirdlərimiz üçün bərabər təhsilalmanı təmin etməyə cəhd edirik”.