Bütün siniflər üzrə dərslər belə təşkil olunacaq - RƏSMİ

27.08.2020 14:22 559 baxış sayı 2 dəq. oxuma
Bütün siniflər üzrə dərslər belə təşkil olunacaq -

Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.

Bu sözləri brifinqdə Azərbaycan Respubikasının Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir əlavə edib ki, 1-4-ci siniflər üçün həftədə 2-3 dəfə olmaqla, tədris əyani formada təşkil ediləcək: "5-9-cu və 10-11-ci siniflər üçün 15 sentyabrdan tədris distant formada təşkil olunacaq.

Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Situasiyadan asılı olaraq, 2 və ya 3 dəfə".

 

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: