Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.
Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.
Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.
FHN-dən “Report”a bildirib ki, yanğın söndürülüb.