Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı

02.12.2020 16:55 561 baxış sayı 2 dəq. oxuma
Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən bugünkü telekonfransında ABŞ-ın dövlət katibi Mayk Pompeo bölgədəki vəziyyətlə bağlı müzakirələrdə Türkiyəyə qarşı ittihamlar səsləndirib.

Pompeo Ankaranı Aralıq dənizindəki müttəfiqləri ilə gərginliyi artırmaqda və Rusiyadan havadan müdafiə sistemi almaqda günahlandırıb.
 
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pompeonun iddiasına sərt reaksiya verib.
 
"Avropalı müttəfiqlərə zəng edib Türkiyə əleyhinə cəbhə yaradırsınız. Regional münaqişələrdə kor-koranə Yunanıstanın tərəfini tutursunuz və Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmaqdan imtina edirsiniz. Üstəlik, Suriyadakı terrorist qruplaşmaları dəstəkləyirsiniz", - deyə Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 hava sistemlərini almasının səbəbini izah edib. (Qafqazinfo)
L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: