CBC-nin 8 əməkdaşı koronavirusa yoluxdu

02.07.2020 12:34 504 baxış sayı 2 dəq. oxuma
CBC-nin 8 əməkdaşı koronavirusa yoluxdu

CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxub.

Həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər.

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb.

Qeyd edək ki, şirkətin 200-dək əməkdaşı koronavirus testindən keçib.

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: