CBC TV-nin avtomobili aşdı - FOTO

24.02.2021 15:03 461 baxış sayı 3 dəq. oxuma
CBC TV-nin avtomobili aşdı -

CBC TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.

Hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: