Cəlilabbad ev yandı - Yaşlı qadın öldü

14.12.2020 05:22 658 baxış sayı 2 dəq. oxuma
Cəlilabbad ev yandı -

Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir.
 
Rayonda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: