Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb
Oktyabrın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Nazir Mövlud Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.
Ceyhun Bayramov hər zaman Azərbaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışıb
Son Xeberler
Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Son Xeberler
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danı...
Son Xeberler
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdı
Son Xeberler
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla dan...
Son Xeberler