🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ceyhun Bayramov “Virtual əlaçı”larla videogörüş keçirib

12.06.2020 14:33 427 baxış sayı 3 dəq. oxuma
Ceyhun Bayramov “Virtual əlaçı”larla videogörüş keçirib

Təhsil naziri Ceyhun Bayramov iyunun 12-də “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.


Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.


Nazir xatırladıb ki, ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının əsas məqsədi şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq olub: “Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur. Bu günədək müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub".


C.Bayramov bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.


Təhsil naziri bütün məktəbliləri “Məzun günü” münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.


Sonra şagirdlər nazirlə “Virtual əlaçı” müsabiqəsində iştirakla bağlı təəssüratlarını bölüşüb, ona suallar veriblər.

Paylaş: