
Ceyranbatanda axund və 28 nəfər cərimələndi - FOTO

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub. Ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib.
Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.
Qeyd edək ki, saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.
Etiketlər
Oxşar xəbərlər

Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cə...
Son Xeberler

Meyxanaçı Vüqarın vida mərasiminə gedənlər cəzalan...
Son Xeberler

"Xalq Sığorta" Şirkətinin İşçisi Cərimələndi
Son Xeberler

Sərt karantin rejimini pozan sürücülər cərimələndi
Son Xeberler

Karantin qaydalarını pozan azərbaycanlı model cəri...
Son Xeberler

Qaxa istirahətə gedən doqquz nəfər cərimələndi -
Son Xeberler