
Çimərliklərə getməyə bir şərtlə icazə verilir

Bakıda sərt karantin rejimi tətbiq olunsa da, insanların çimərliklərə getməsinə icazə verilir.
SMS icazə yazaraq dənizdə sərinlənməyə gedənlər var. Onlar plyajda polis əməkdaşına icazə aldığını göstərir və dənizə daxil olur. Müxbirimizə verilən məlumata görə, belə vətəndaşlar az deyil və onlar 3 saatlıq icazə alaraq çimərliyə üz tuturlar. Qeyd edək ki, karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə çimərliklərdə monitorinqlərin aparılacağı və xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə etmək məsələsinin mümkünlüyü qeyd olunmuşdu. Odur ki, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə İcra nümayəndələri ictimai çimərliklərdə olub və çimərliklərin hazırkı vəziyyətini yerində dəyərləndirilib.
Oxşar xəbərlər

Repetitor xidmətlərinə icazə verildi
Son Xeberler

Çimərliklərin istifadəsinə bu tarixdən icazə veril...
Son Xeberler

İcazəsi olanlar avtomobillərində ailə üzvlərini gə...
Son Xeberler

SON DƏQİQƏ! Azərbaycanda bu qadağa ləğv edildi:
Son Xeberler

Bu icazələr ləğv ediləcək -
Son Xeberler

BƏD XƏBƏR! Avqustun 24-25-də...
Son Xeberler