
Cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO

Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir (“Suxumski”).
Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın “Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.
Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Lotu Guli”) ilə bərabər nüfuza malik biridir.
“Praym Kraym” redaktoru “Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:
“Düşünürəm ki, bu (qətl) ən çox elə “Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. “Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.
Viktoriya Qefter azərbaycanlı “qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.
“Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, - deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İlon Mask USAİD-i cinayətkar təşkilat adlandırdı
Bugun.az

Ərdoğan və Putin Qarabağı müzakirə ediblər
Son Xeberler

Ağ Ev: Donald Tramp Si Cinpinlə görüşəcək
Azəri Xəbər

Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə qarşı əməl...
Azəri Xəbər

Küçədə müəllimin boğazını KƏSDİLƏR
Son Xeberler

Tramp Yaponiyaya səfər edəcək
Azəri Xəbər


