Çindən bir qrup həkim Azərbaycana gəldi -

04.08.2020 17:46 619 baxış sayı 2 dəq. oxuma
Çindən bir qrup həkim Azərbaycana gəldi -

Avqustun 4-də Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib ki, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib. Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: