08.07.2020 19:36
6 abunə
713
Çinlilər KORONAVİRUSU bu bitki ilə müalicə edirlər Azərbaycanda da bitir
Çin alimləri koronavirusun müalicəsində bir neçə preparatın kombinasiyasından istifadə edirlər.
Onların arasında malyariya xəstəliyinin profilaktikasında istifadə olunan xloroxinfosfat, ribavirin, interferon və ya lopinavir (QİÇS-in müalicəsində istifadə olunur) və arbidol. Bildirilir ki, bu haqda rbc.ru məlumat verib.
Koronavirusdan sağalmış Uxan sakini olan Tsuy İnsun adlı yaşlı qadın kp.ru-ya keçdiyi müalicə və karantin haqqında maraqlı məlumatlar verib. Qadının sözlərinə görə, müalicə zamanı virusəleyhinə və ümumimöhkəmləndirici preparatlar istifadə olunurdu, ona çoxlu iynə və “sistem”lər vurulurdu. Həmçinin qadın bildirib ki, həkimlər onun çoxlu su içməyinə nəzarət edirdilər.
Ənənəvi təbabət vasitələrindən əlavə koronavirusun müalicəsində çin xalq təbabəti vasitələrindən də istifadə olunur. Ən populyar reseptlərdən biri efedra və biyan kökü bitkilərinin dəmləməsidir. Cinin Səhiyyə Komitəsi bu dəmləmədən dərmanlarla yanaşı istifadə etməyi tövsiyə edir.
Nəzərinizə çatdıraq ki, biyan Azərbaycanda da bitir.
Biyan kökünün əsas faydası onun insanın immun sisteminə olan müsbət təsiridir. Biyan kökü immun sistemini stimullaşdırır, möhkəmləndirir ki, orqanizm infeksiya, virus və iltihabla daha asan və tez mübarizə aparır.
Həmçinin biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır.
Biyan kökündən immuniteti möhkəmləndirən xüsusi çay hazırlamaq olar. Bu çaydan xüsusilə virus epidemiyaları zamanı istifadə etmək yaxşıdır. 1 çay qaşığı biyan kökü 1 fincan qaynar suda dəmlənilir, soyudulur, 1 çay qaşığı bal əlavə olunur. Bu faydalı çayı gündə 1 dəfə içmək olar.