
Son Xeberler
9 abunə
COVID-19-a qarşı immunitet bu yolla da qazanılır Alimlərdən ŞOK KƏŞF
09.07.2020 16:43
621 baxış sayı
3 dəq. oxuma

Koronavirus xəstələrinin ailə üzvlərinin testləri neqativ çıxmağına baxmayaraq, COVID-19-a qarşı immunitetli ola bilərlər. Alimlər bu fenomeni "səssiz immunitet" adlandırıb.
Bu, standart testlə, yəni antikorların qan analizindən istifadə edərək aşkar edilə bilməz, ancaq infeksiyaya qarşı mübarizə aparan "yaddaş" T hüceyrələrini müəyyən etməklə ortaya çıxa bilər.
T hüceyrələri bədənin əsas silahıdır, virusları öldürmək üçün sümük iliyindəki ağ qan hüceyrələrindən ifraz olunur. İmperator Kollecinin və İngilis İmmunoloqlar Cəmiyyətinin alimləri bildirib ki, yoluxmuş şəxslərlə yaşayanların dörddə üçü (səkkizindən altısı) bu cür "sakit" və ya gizli immunitetə sahib olur.
"Qanda antikorları olmayanlar T hüceyrə reaksiyasına daha dərindən reaksiya verirlər", - deyə immunoloq və mütəxəssislər bildirib. Bu, yeni tip koronavirus testlərinin perspektivini açır.
Tədqiqatlar Avropanın müxtəlif şəhərlərində aparılıb. Təcrübə iştirakçıları ən azı bir nəfərin yoluxmuş olduğu ailələr olub. Alimlər bəzi insanların yaxınlarından infeksiya almadıqlarını, lakin antikor testinin mənfi olduğunu diqqətə çatdırıb. T hüceyrələrini sınamağa başlayanda məlum olub ki, yarıdan çoxu hələ də virusdan qoruyur.
"COVID-19 immunitetinin qeyri-adi göründüyünə dair sübutlar var, çünki bəzi insanlar yalnız yaddaş T hüceyrələrindən immuniteti göstərirlər", - İmperator Kollecinin professoru Deni Altmann deyib.
Oxşar xəbərlər

Pandemiya zamanı virusa qarşı ən güclü immunitet a...
Son Xeberler
527
25/12 05:50

Azərbaycanda karantin yenə sərtləşir? -
Son Xeberler
625
25/09 06:25

Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə də yo...
Son Xeberler
504
28/08 09:16

TƏBİB seroloji testlər keçirəcək
Son Xeberler
600
12/08 15:16

Qatığa bir çimdik əlavə edin:
Tibbi məlumatlar
100
03/11 11:07

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər -
Son Xeberler
967
30/06 18:23