COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı vaxt məlum oldu

21.07.2020 09:30 697 baxış sayı 1 dəq. oxuma
COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı vaxt məlum oldu
Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin qeydiyyata alınması məsələsinə aydınlıq gətirilib.
 
REN TV xəbər verir ki, Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında peyvəndin klinik sınaqlarının ikinci və sonuncu mərhələsinin sona çatmaq üzrə olduğunu bildirib.
 
"Klinik sınaqlar tamamlandıqdan dərhal sonra peyvəndin dövlət tərəfindən qeydiyyatı məsələsi həll ediləcək”, - deyə A.Kuznetsov qeyd edib.
Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: