Covid-19 yardım fondundan mənimsədiyi pulla "2020 Lamborghini" aldı

28.07.2020 16:31 731 baxış sayı 2 dəq. oxuma
Covid-19 yardım fondundan mənimsədiyi pulla

ABŞ-da COVID-19 yardım fondundan kreditlə lüks avtomobil alan şəxs həbs edilib. 

Bu barədə ABŞ mətbuatı Ədliyyə Nazirliyinin verdiyi açıqlamaya görə məlumat yayıb. 

Belə ki, 29 yaşlı David Hines, COVID-19 səbəbiylə işdən çıxmağın qarşısını almaq üçün  çalışdığı şirkətin kredit dəstəyindən 3.9 milyon dollar götürüb. 

Kredit tətbiqetməsində işçilərinin ödəmələri üçün saxta bəyannamə verən Hines bu krediti aldıqdan bir neçə gün sonra təxminən 318 min dollar dəyərində "2020 Lamborghini Huracan" avtomobili alıb. 

Hinesin bu kreditlə lüks mağazalarda alış-veriş etdiyi və lüks kurortlarda qaldığı da məlum olub.  

Fırıldaqçılıq, yalan və qanunsuz əməliyyatlar ittihamı ilə Mayami Federal Məhkəməsinə gətirilən Hinesin lüks avtomobili, bank hesablarında 3,4 milyon dollar qarşılığında ələ keçirilib. 

Qeyd edək ki, həbs olunan Hines məhkum edildiyi təqdirdə 70 ilədək həbs cəzası ala bilər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: