
Daha bir narkotacir tutuldu

Səbail rayonunda narkotik vasitə və psixotrop həblər satan şəxs saxlanılıb.
Paytaxt sakini Elvin Muradovun üzərində şəxsi axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiredici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb. Elvin Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Faktla bağlı Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda gözəllik salonundan oğurluq edənlər tutuldu
Son Xeberler

Tovuzda daha bir ev atəşə tutuldu -
Son Xeberler

Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu
Son Xeberler

Əsəd Rejiminin Qorxulu Komandanı Tutuldu
Son Xeberler

Gəncə yenidən atəşə tutuldu
Son Xeberler

Cəbrayıl polisi narkotacir qardaşları saxladı
Son Xeberler


