Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi

04.08.2020 08:36 557 baxış sayı 1 dəq. oxuma
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi

Çili hökumətinin qərarına əsasən, ölkədə plastik torbalardan istifadə tamamilə qadağan olunub.

Hökumət müvafiq qərarın qəbul edilməsi üçün iki il əvvəldən müvafiq islahatlar aparıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, qərar iyulun 3-dən qüvvəyə minib.

Hazırda ölkədə fəaliyyət göstərən mini marketlərdə plastik torbalardan istifadə qadağandır.  

Qeyd edək ki, son iki il ərzində Çilidə beş milyondan çox plastik torba satışının qarşısı alınıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: