21.08.2020 16:39
6 abunə
330
Daha bir qrup Rusiya vətəndaşı Azərbaycandan vətənlərinə qayıtdılar
Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Kazmalyar” gömrük-keçid məntəqəsi vasitəsilə 551 rusiyalı vətənə yola salınıb.
Bu barədə “RİA Dagestan” Milli Siyasət və Dini İşlər naziri Enrik Müslümovun açıqlamasına istinadla xəbər yayır.
“551 rusiyalıdan ibarət qrup Azərbaycan ərazisini tərk edərək Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsindəki xüsusi dəhlizlə vətənlərinə qayıdıblar. Dağıstanda “Yaraq-Kazmalyar” gömrük-keçid məntəqəsində hamısının hərarəti yoxlanılıb”, - deyə Müslümov bildirib.
Onun sözlərinə görə, gələnlərdən otuz nəfər Dağıstan sakinidir və onlar yaşayış yerlərindəki təcridxanaya göndəriliblər. Qalanları Mahaçqala şəhəri və Manas qəsəbəsindəki müşahidəçilərə tapşırılıb, 14 günlük karantindən sonra yenidən müayinədən keçiriləcəklər.