Daha bir vəzifəli şəxs koronavirusdan öldü - RƏSMİ/FOTO

08.07.2020 12:20 630 baxış sayı 1 dəq. oxuma
Daha bir vəzifəli şəxs koronavirusdan öldü -

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVİD-19 virusundan dünyasını dəyişib.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib:

"Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: