
"Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu" - Nazir

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.
Nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.
"Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub.
Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.
Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub
Son Xeberler

Nazir həlak olan Aysudan yazdı
Son Xeberler

Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qız...
Son Xeberler

Ağdama düşmən hücumu: Ata və oğlu həlak oldu -
Son Xeberler

Düşmən bu gün daha 40 hərbçi itirdi
Son Xeberler

Ermənilərin öldürdüyü 16 yaşlı Şahmalının -
Son Xeberler