🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Daha iki şəhid övladının xərcləri qarşılandı

20.02.2021 13:47 376 baxış sayı 2 dəq. oxuma
Daha iki şəhid övladının xərcləri qarşılandı

Daha iki şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Elşad Məmmədovun övladı Elşadın, şəhidimiz Emin Ağazadənin övladı Emiliyanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə “ASAN xidmət” məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin, ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.


Paylaş: