🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Deksametazon"la bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ

28.06.2020 11:24 789 baxış sayı 2 dəq. oxuma
"Deksametazon"la bağlı əhaliyə növbəti

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Deksametazon" preparatı ilə bağlı xəbərdarlıq edib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, "Deksametazon" dərmanı COVID-19 virusunu yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. "Deksametazon" COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda qeyd olunub.

Paylaş: