🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİM 2500-dən yuxarı abituriyentə xəbərdarlıq “sms”ləri göndərdi

12.06.2020 11:25 521 baxış sayı 2 dəq. oxuma
DİM 2500-dən yuxarı abituriyentə xəbərdarlıq “sms”ləri göndərdi

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.


Mərkəzdən verilən məlumata görə, 10 və 11 iyunda yuxarıda qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “sms”ləri göndərilib. 


Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.


Qeyd. Elektron ərizəsi olmayan,həmçinin ərizənin təsdiqi üçün Dövlət İmtahan Mərkəzinin məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.

Etiketlər

Paylaş: