DİM-dən magistraturaya qəbul olunan bakalavrlara MÜRACİƏT

09.07.2020 12:38 704 baxış sayı 2 dəq. oxuma
DİM-dən magistraturaya qəbul olunan bakalavrlara

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib.

DİM-dən verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı iyulun 15-dək davam edəcək və və bu proses ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı 2020-ci il iyulun 6‑dan başlayıb.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: