🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİN: Azərbaycanda 106 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

08.12.2020 09:37 481 baxış sayı 2 dəq. oxuma
DİN: Azərbaycanda 106 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

"COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib. Onun sözlərinə görə, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir.

O bildirib ki, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir: "COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb. Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.

Paylaş: