DİN reydləri davam etdirir - FOTO/VİDEO
Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.
DİN-dən verilən məlumata görə, bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir.
Dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.
Oxşar xəbərlər
Deputat: "Fransa erməni təəssübkeşliyini davam etd...
Son Xeberler
Rusiya Müharibəni Uzun Müddət Maliyyələşdirə Bilər
KIBRIT MEDIA
Voronejdə yaşayan soydaşlarımızdan dəstək
Son Xeberler
Azərbaycanın Milli Qvardiyasına Yeni Döyüş Bayrağı...
Bugun.az
Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərlər...
Son Xeberler
Vahid Əhmədovun səhhəti ilə bağlı son xəbər
Son Xeberler