🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİN sosial şəbəkədə təhqir yazanlarla bağlı araşdırma aparır SON DƏQİQƏ

27.06.2020 14:17 403 baxış sayı 3 dəq. oxuma
DİN sosial şəbəkədə təhqir yazanlarla bağlı araşdırma aparır

Daxili İşlər Nazirliyi bu günlərdə polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni ilə bağlı sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına yazılmış təhqiramiz şərhlərlə bağlı hərəkətə keçib.

Əsassız olaraq təhqirə məruz qalanların müraciətləri əsasında sosial şəbəkələrdə insanları aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:

"Bu tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə onların hər biri barəsində  protakol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmədə verilən qərarlarla onların əksəriyyəti barəsində inzibati həbs, bəziləri barəsində isə cərimə qərarları tətbiq edilib. Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir. Odur ki, vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər. Əvvəla başqasını söymək, təhqir etmək bir millət olaraq bizim mentalitetə yaddır, ikincisi də belə hərəkətlərə yol verən şəxs  qanun qarşısında məsuliyyət də daşıyır. Odur ki, hər birimiz  rastlaşdığımız və ya narazı qaldığımız hər hansı bir məsələnin söyş və təhqirlə deyil, yalnız hüquqi müstəvidə həllinə nail olmalıyıq".

Paylaş: