“Dinc əhaliyə raketlərlə hücum hərbi cinayətdir” - Hikmət Hacıyev
“Hərbi əməliyyatların teatrından kənarda dinc əhaliyə dağıdıcı raketlərlə hücum hərbi cinayətdir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
"Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Oxşar xəbərlər
Ermənilər dinc əhaliyə bu mövqedən hücum ediblər -...
Son Xeberler
Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərdəki d...
Son Xeberler
Hərbi Komandanlıq işğal altında olan mülki əhaliyə...
Son Xeberler
Səfərbərlik Xidmətindən əhaliyə
Son Xeberler
Ermənilərin öldürdüyü mülki vətəndaşlarımızın sayı...
Son Xeberler
“Şuşa və Xankəndidə dinc əhalinin atəşə tutulması...
Son Xeberler