🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİQQƏT! Koronavirusun yaratdığı TƏHLÜKƏLİ FƏSADLARI AÇIQLADI

30.11.2020 06:56 380 baxış sayı 2 dəq. oxuma
DİQQƏT! Koronavirusun yaratdığı

“Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur”.

Bunu Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.

Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir:

“Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması ciddi zədələnir və nəticədə bir çox xəstələrdə miokardit (ürək əzələsinin iltihabı) yaranır”.

S.İvanovun sözlərinə görə, COVID-19-un kəskin mərhələsində əksər xəstələrdə II dərəcəli miokard infarktı inkişaf edir: “Yoluxmadan bir neçə ay sonra zəifləmiş xəstələrdə taxikardiyaya (sürətli ürək döyüntüsü) da rast gəlinir”.

Paylaş: