Əgər döyüşlər davam etsəydi, Ermənistanın tam çöküşü baş verəcəkdi.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı deyib.
“Tam iflasın qarşısını almaq üçün Rusiya və Azərbaycan prezidentləri ilə razılaşma imzalandı və hərbi rəhbərlik də bunu dəstəklədi. Xankəndi müdafiəsiz qaldı, döyüş əməliyyatları davam etsəydi, Xankəndi, Xocavənd və Əsgəranın itirilmə ehtimalı var idi. Bundan sonra yeddinci xəttədək müdafiə xətlərimiz mühasirəyə alına və minlərlə əsgər mühasirədə qala, həlak ola bilərdi. Nəticədə tam çökmə olacaqdı. Bu qiymətləndirməyə əsasən belə qərar qəbul edildi".