![Son Xeberler](https://sonxeberler.com/storage/thumbs/channels/2024/10/MqJjAJI67eIxMEJFXbky.jpg)
DTX-dən “agent” siyahısı ilə bağlı AÇIQLAMA
![DTX-dən “agent” siyahısı ilə bağlı](https://sonxeberler.com/storage/news/2024/10/11ccWMm5pQLtBUxI6wVb.jpg)
Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılıb. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb: "Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq.
Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir".
Etiketlər
Oxşar xəbərlər
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/B6mkgQ0q4P0xqHxFpoJT.jpg)
Baş nazirdən təhsillə bağlı
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/0DcMLPbZ0ybGqrcXGfCT.jpg)
Ceyms Bondun istifadə etdiyi tapança 256 min dolla...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/KOoyZUxaEnarbqKfJUG1.jpg)
27 yaşlı basketbolçu məşq zamanı öldü
İdman Xəbər
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/OL5ITlvApXQCv59ZPYUV.jpg)
Ulduz futbolçu PSJ-dən getdi
İdman Xəbər
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/rsuXUU45Y84rKcs2svhE.jpg)
Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikl...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/10/p11MrmquTHjkWW95mRZ3.jpg)
"Netflix"də ən çox izlənilər seriallar açıqlandı
Son Xeberler