Dünyada yeni xəstəlik yayıldı - Çoxlu sayda ölən var

07.02.2021 11:24 667 baxış sayı 2 dəq. oxuma
Dünyada yeni xəstəlik yayıldı - Çoxlu sayda ölən var

Tanzaniyada naməlum xəstəlik səbəbindən 15 nəfər ölüb, 50-dən artıq şəxs xəstəxanaya aparılıb.

Ölkənin Mbeya şəhərində baş gicəllənməsi, mədə ağrısı və qan qusma kimi əlamətləri olan xəstəlik peyda olub.

Çunya İctimai Sağlamlıq idarəsinin rəhbəri Felista Kisandu mətbuata açıqlamasında onlarla insanın xəstəxanaya yerləşdirildiyini və hamısının oxşar şikayətləri olduğunu söyləyib.

Xəstəliyin səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirən Kisandu, xəstələrdə oxşar əlamətlərin olduğunu bildirib.

Tanzaniya Səhiyyə naziri Doroz Qvajima vəziyyəti araşdırmaq üçün bölgəyə mütəxəssislər göndərildiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Mbeyada bir çox insan oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilib.(redkator.az)

E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: