Dünyanın ən nüfuzlu ölkəsinin adı açıqlandı

28.07.2020 07:02 551 baxış sayı 2 dəq. oxuma
Dünyanın ən nüfuzlu ölkəsinin adı açıqlandı

Almaniya dünyanın ən nüfuzlu ölkəsi seçilib. Birləşmiş Ştatlar, Çin və Rusiya ikinci yer uğrunda “mübarizə” aparırlar.

“Arqumentı nedeli”nin məlumatına görə, bu “Gallup”ın 2019-cu il üçün 135 ölkə arasında apardığı sosioloji araşdırma zamanı məlum olub.

Hazırda Almaniyanın nüfuz reytinqi 44 faiz qiymətləndirilir. Birləşmiş Ştatlar 33, Çin 32, Rusiya 30 faiz toplaya bilib.

“Gallup”ın baş redaktoru Muhəmməd Yunisin sözlərinə görə, Almaniyanın dünya liderləri arasında qələbəsi kansler Angela Merkelin şəxsiyyəti ilə bağlıdır. O, hərəkətləri əvvəlcədən ən çox proqnozlaşdırıla bilən dövlət başçısıdır.

S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: