Düşmən Ağcabədini intensiv atəşə tutub
Ermənistan silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Metbuat.az bildirilib ki, bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün tədbirlər həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Düşmən rayonlarımızı atəşə tutub
Son Xeberler
Düşmən Tərtəri “Smerç”lə atəşə tutub
Son Xeberler
MN: Düşmən Bərdə rayonunu atəşə tutub
Son Xeberler
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəş...
Son Xeberler
Düşmən 5 rayonu intensiv atəşə tutur
Son Xeberler
Düşmən Mingəçevir və Tərtəri atəşə tutub -
Son Xeberler