🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Düşmən atəşkəsi yenidən pozdu Mərmilərdən biri kənd sakininin həyətinə düşdü

16.07.2020 03:36 690 baxış sayı 2 dəq. oxuma
Düşmən atəşkəsi yenidən pozdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı silahlardan istifadə etməklə bu gecə atəşkəs rejimini yenidən  pozub.

“Report”un bölgə müxbiri xəbər verir ki, hazırda düşmən ordusu iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndini atəşə tutur.

Qeyd olunub ki, düşmən ordusu tərəfindən atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində yerləşən evin həyətinə düşüb. Hazırda atışma davam edir.

Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.

Etiketlər

Paylaş: