🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Düşməni məhv edən əsgərlərimiz... - VİDEO

29.10.2020 11:00 357 baxış sayı 3 dəq. oxuma
Düşməni məhv edən əsgərlərimiz... -

Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin uğurlarını yaymaqda davam edir. Görüntülərdə dörd hərbçinin çıxışı yer alıb.

“İllərdir ki, bu günü gözləyirik. Ali Baş Komandanın əmrindən sonra mən və mənim batareyam düşmənə ağır zərbələr endirib. Onların dayaq məntəqələrini, ağır texnikalarını məhv etmişik. Biz bugünkü gün Ali Baş Komandanımızla fəxr edirik. Qarabağ Azərbaycandır. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı!”,- deyə əsgər bildirib.

Gizir Cəbrayılov Rusif Yusif oğlu qeyd edib ki, düşmənin canlı qüvvəsi sıradan çıxarılıb: “Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün qürur hissi yaşayıram. Top komandiri olaraq verilən hədəfləri dəqiq atəşlə məhv edirəm. Belə ki, düşmənin canlı qüvvəsini, hərbi dayaq məntəqələrini sıradan çıxarmışıq. Bir hərbçi olaraq sonadək döyüşəcəm. Yaşasın ordumuz!”.

Mayor Həsənov Malik Hüseyn oğlu vurğulayıb ki, illərdir gözlədiyimiz torpaqlarımızın azadlığı uğrunda döyüş fəaliyyəti gərçəkləşir: “Divizyon düşmənin zirehli texnikasını, şəxsi heyətini, vacib və əhəmiyyətli hədəfləri məhv edərək sarsıdıcı zərbələr endirib. Bizdə mənəvi-psixoloji vəziyyət tam yüksək səviyyədədir. İllərdir gözlədiyimiz torpaqları azad edirik. Qarabağ Azərbaycandır!”

Mayor Hüseynov Mirzə isə söyləyib ki, mənəvi-psixoloji vəziyyətləri yüksək səviyyədədir: “Döyüş başlayan andan şəxsi heyyətimlə birgə döyüş tapşırıqları icra edirik. Bizim mənəvi-psixoloji vəziyyətimiz yüksəkdir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Paylaş: