Düşmənin atasız qoyduğu uşaqlar... - VİDEO
“CNN Türk” telekanalı Gəncə terrorundan əziyyət çəkən Əsgərovlar ailəsindən reportaj hazırlayıb.
Süjetdə Sarı və Elcanın atası, 40 yaşlı Bəxtiyar Əsgərovun raket hücumu nəticəsində həlak olduğu qeyd olunub.
Uşaqların anası, 28 yaşlı Türkanə Əsgərova isə kədərindən danışa bilməyib.
Azyaşlıların nənəsi Ziba xanım bildirib ki, Gəncəyə ard-arda hücum olduğuna görə Bəxtiyar Əsgərov uşaqları kəndə apararaq “Mən evimdə ölüm, amma sizə heç nə olmasın”, -deyib.
Ziba xanım “Uşaqların evini alaram, tikərəm. Amma atalarını geri qaytara bilmərəm”,- deyə vurğulayıb.
Qeyd edək ki, 17 oktyabr gecəsi B. Əsgərovla birlikdə daha 4 ailə üzvü - atası Suliddin Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və böyük bacısının qızı Nigar Əsgərova həlak olub.
Oxşar xəbərlər
Uşaqlarda koronavirusun fəsadları müəyyən edilib
Son Xeberler
Düşmənin viran qoyduğu Kəlbəcər kəndlərinin yeni g...
Son Xeberler
Zəngilanda düşmənin diversiya cəhdinin qarşısı alı...
Son Xeberler
Şuşa ilə bağlı xəbər düşmənin növbəti yalanıdır -
Son Xeberler
İlk qadın şəhidimizin ailəsindən -
Son Xeberler
Çin elan etdi: Uşaqlar risk altındadır
Son Xeberler